27 
May
2017
13:01
133
43
4933
Virtual karabakh

“Sevirəm” parkında attraksionlarda yaranmış problem həll olunub – FOTO

27 May, 2017
13:01
4933

“Sevirəm” parkında attraksionlarda yaranmış problem həll olunub – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Sevirəm” parkında attraksionlarda yaranmış problem həll olunub.

Oxu.Az xəbər verir ki, Report-un mayın 25-də parkdakı attraksionların vəziyyəti ilə bağlı verdiyi xəbərdən sonra qırılan və problemli olan yelləncəklər təmir olunaraq yerinə bərpa olunub.

Saytın əməkdaşları bu gün yenidən parkın ərazisində olublar.

“Parkda olan zaman bərpa işləri ilə yanaşı, ərazidə körpü kimi düzəldilən yerin taxtadan olan çəpərlərinin qırıldığını gördük, parkın işçilərindən bunun nə vaxt olduğunu soruşduq. Bizə dünən axşam saatlarında parka gələn sakinin ayağı ilə qəsdən həmin taxtanı vurub qırdığını bildirdilər.

Deməli, problem vətəndaşların öz məsuliyyətlərini dərk etməmələrində, ya da az maariflənmələrindədir. Yoxsa dövlət tərəfindən vətəndaşın rahatlığı, istirahəti üçün yaradılan bir şeyi nə məqsədlə vurub qırasan ki?...”, - deyə məqalədə qeyd olunur.

Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov açıqlamasında bildirib ki, “Sevirəm” parkına daim nəzarət olunur və vətəndaşlarımızın sevə-sevə gəldiyi parklardandır:

“Xətai Rayon İcra Hakimiyyəti öz ərazisinin hər tərəfinə, eləcə də bu parka nəzarət edir. Çatışmayan bir şey olan kimi aradan qaldırılır”.

Şöbə müdirinin sözlərinə görə, parkda olan yelləncəklər azyaşlı uşaqlar üçün nəzərdə tutulub: “Yelləncəklər uşaqlar üçün olsa da, böyüklər tərəfindən qırılır, korlanır”.

Şöbə müdiri attraksionların niyə dəmirdən olmaması ilə bağlı suala cavab olaraq isə deyib ki, həmin yelləncəklər azyaşlı uşaqlar üçün nəzərdə tutulub: “Bu taxtalar tam quruyub, laklanıb. Uşaqlar üçün heç bir problem ola bilməz”.

Qeyd edək ki, hər gün saat 9-dan 18-dək 8-9 nəfər fəhlə işləyir, nəzarətçilər olur. Gecə isə iki nəfər nəzarətçi olur.

Xatırladaq ki, yeni park kompleksinin ümumi ərazisi 3,2 hektardır. Ərazisi münbit torpaqla örtülən parkın uzunluğu 288 metr, eni isə 110 metrdir. Park kompleksinin üç girişi var. Yaşıllaşdırma zamanı IDEA - Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyinin təşəbbüsü ilə parkda ağacəkmə kampaniyası keçirilib. Ərazidə 4 mindən artıq müxtəlif növ ağac, o cümlədən 30 illik Eldar şamı, 35 illik sərv, 12 illik tuya ağacları əkilib.

Parkda avtomat suvarma sistemi, su və yanğın çənləri, nasosxana, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb. Yeni istirahət guşəsinin ərazisində yaradılmış şəlalədə dekorativ və təbii daşlardan istifadə olunub. Burada uşaqlar üçün əyləncə meydançası və yelləncəklər quraşdırılıb.

Kompleksin ərazisində iki yerdə avtodayanacaq, bir dekorativ perqola – keçid və kafe var. Ərazidə yanğınsöndürən maşınlar və velosipedçilər üçün hərəkət zolaqları da salınıb. Parkın ərazisində, həmçinin “GreenCar” mərkəzi tərəfindən elektriklə işləyən nəqliyyat vasitələrinin enerjidoldurma stansiyası quraşdırılıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri