27 
May
2017
14:05
162
47
4397
Virtual karabakh

Şamaxıda qədim kütləvi məzarlıq aşkar edilib – FOTO

27 May, 2017
14:05
4397

Şamaxıda qədim kütləvi məzarlıq aşkar edilib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxı rayonunun Dəmirçi kəndindəki “Gəgəli yurdu” deyilən ərazidə pay qədim məzarlıq aşkar edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Modern.az-a kənd sakinləri məlumat verib.

Qazıntıları aparan ekspedisiya qrupu Modern.az-a bildirib ki, məzarlığın 3-4-cü əsrlərə aid olduğu ehtimal edilir.

Tapılan məzarların 2-də gümüş cam da aşkar edilib. Bu qəbirlərdə basdırılan şəxslərin (sərkərdələr olduğu ehtimal edilir) başları həmin gümüş camların içinə, onun isə altına parçalar qoyulub.

Bütün bunlar isə sübut edir ki, bu məzarlıq Azərbaycanda islamdan öncəki tarixə aiddir.

O da bildirilib ki, 65 santimetrlik qılınc da tapılıb. Bundan başqa ərazidə müxtəlif şaxsa qablar, döyüş alətləri və sair aşkar edilib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri