27 
May
2017
14:24
27
315
13248
Virtual karabakh

“Neft Daşları”na gedən helikopter qəza enişi edib

27 May, 2017
14:24
13248

“Neft Daşları”na gedən helikopter qəza enişi edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün “Silkway Helicopters Services” aviaşirkətinin “Мi-8” helikopteri Xəzər dənizində Çilov adasına məcburi eniş edib.

Bu barədə Oxu.Az-a “Azərbaycan Hava Yolları” (AZAL) ASC-dən bildirilib.

Helikopterin göyərtəsində 15 sərnişin və 3 heyət üzvü olub, müvəffəqiyyətli eniş sayəsində onlardan heç biri xəsarət almayıb. Həmçinin, hava gəmisi də zərər görməyib.

“Neft Daşları” yatağına gedən helikopterin qəza enişinin səbəbi mühərriklərdən birinin imtina etməsi olub. Sərnişinlər təyinat məntəqəsinə “Silkway Helicopters” aviaşirkətinin digər helikopterləri ilə çatdırılacaq.

Hazırda bu hadisənin araşdırılması ilə məşğul olan xüsusi komissiya yaradılıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri