28 
May
2017
11:05
407
62
40375
Virtual karabakh

ADU-da rektorla tələbə arasında qalmaqal: Sözünü geri götür – VİDEO

28 May, 2017
11:05
40375

ADU-da rektorla tələbə arasında qalmaqal: Sözünü geri götür – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Əfqan Abdullayevlə 4-cü kurs tələbələri arasında narazılıq səngimək bilmir. Buna səbəb, yeni rektorun bundan öncə ləğv edilən dövlət imtahanını universitetdə bərpa etməsidir. Ötən gün rektorla tələbələrin görüşü zamanı da mövcud problem yenidən gündəmə gəlib və tələbələrlə rektor arasında narazılıq yaşanıb.

Oxu.Az azxeber.com-a istinadən xəbər verir ki, qapalı keçirilən görüşdə yuxarı kurs tələbəsi olan qız rektora ləğv edilən dövlət imtahanının yenidən hansı səbəblə keçirilməsini soruşub.

Tələbənin sualına isə rektor sərt şəkildə cavab verərək ondan danışığına fikir verməsinə tələb edib. Tələbə bu iraddan sonra yenidən sualına davam edərək 8 fəndən onlara verilən sual sayının olduqca çox olduğunu və bunun nə dərəcədə doğru olduğunu soruşub. Tələbənin cəsarətli çıxışı rektoru yenidən özündən çıxardıb və o suala cavab verməkdən yayınıb. Cavabında tələbə isə rektora “siz bizimlə çox kobud davranırsınız” deyib. Bu ifadə zaldakı digər tələbələr tərəfindən də alqışla qarşılanıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri