28 
May
2017
11:49
47
248
12376
Virtual karabakh

Sabah dolu düşəcək

28 May, 2017
11:49
12376

Sabah dolu düşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-16° isti, gündüz  21-26° isti olacağı gözlənilir. Bakıda gecə  14-16° isti, gündüz  23-25° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.  Nisbi rütubət  gecə  70-80 %, gündüz  55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, martın 29-da hava şəraitinin əsasən yağmursuz olacağı, səhər  və gündüz bəzi yerlərdə şimşək çaxacağı,  yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz  25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri