29 
May
2017
22:37
25
280
6615
Virtual karabakh

Azərbaycanda sərxoş məktəb direktoru qəza törətdi

29 May, 2017
22:37
6615

Azərbaycanda sərxoş məktəb direktoru qəza törətdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxda kənd orta məktəbinin direktoru idarə etdiyi avtomobil ilə qəza törədib.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndində baş verib.

Rayonun Böyük Cəfərli kənd orta məktəbinin direktoru, Almazov Fazil Hümbət oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobil olarkən qarşıdan gələn digər “VAZ” markalı avtomobil ilə toqquşub.

Nəticədə, məktəb direktoru və digər avtomobildə olan sərnişinlərdən biri ağır xəsarət alıb. Onlar Qazax Rayon Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən hər iki yaralının vəziyyəti orta-ağırdır.

İlkin məlumata görə, hadisəyə məktəb direktorunun avtomobili sərxoş halda idarə etməsi səbəb olub.

Faktla bağlı Qazax rayon Polis şöbəsində araşdırma aparılır.

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri