12 
İyn
2017
18:52
342
28
6107
Virtual karabakh

Əli İnsanov məhkəməyə gəlməyib

12 İyn, 2017
18:52
6107

Əli İnsanov məhkəməyə gəlməyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Ə.İnsanov məhkəməyə ərizə ilə müraciət edib və iclasın onun iştirakı olmadan keçirilməsini istəyib. 

Tərəflər buna etiraz etməyib.

Ə.İnsanovun vəkili Ağaveys Şahverdi vəsatət verərək, iclasın məhkəmə istintaqı ilə aparılmasını, bəzi sübutların əsassız olduğu üçün maddi sübutlar siyahısından çıxarılmasını, Ə.İnsanovun narkotik vasitə saxlanılan qabda və cırdığı iddia olunan aktda barmaq izinin olub-olmamasını müəyyənləşdirmək üçün ekspertiza keçirilməsini istəyib.

Məhkəmə vəsatətləri təmin etməyib. Proses iyunun 22-də davam edəcək.

Qeyd edək ki, bir müddət əvvəl Qaradağ rayon Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hökmə əsasən, Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Şikayət həmin hökmdən verilib.

Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə.İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri