16 
İyn
2017
17:33
332
30
3119
Virtual karabakh

Mənşəyi məlum olmayan ət satanlar azadlıqdan məhrum edildi

16 İyn, 2017
17:33
3119

Mənşəyi məlum olmayan ət satanlar azadlıqdan məhrum edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mənşəyi məlum olmayan əti satışa çıxardığı üçün artıq 10 nəfər azadlıqdan məhrum edilib.

Oxu.Az xəbər verir ki, bu barədə “APA-Economics”ə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Nazirin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi sərt addımların nəticəsi olaraq mənşəyi məlum olmayan ət aşkarlanıb.

“Məsələ burasındadır ki, nazirliyin prokurorluq və hüquq-mühafizə orqanlarına müraciəti nəticəsində bu hadisələr ortaya çıxır və biz bunun qarşısını alırıq. Onlarla iş təsdiq olunmaq üçün prokurorluq orqanlarına göndərilib. Artıq 10 nəfər bu əməllərinə görə azadlıqdan məhrum olunub. Mənşəyi məlum olmayan ət məhsullarının aşkarlanmasında nazirliyin fəaliyyətini gücləndirməsi mühüm rol oynayır”, - deyə nazir vurğulayıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri