21 
İyn
2017
10:07
44
67
4895
Virtual karabakh

Azərbaycanlı fizik yeni oyun ixtira etdi – VİDEO

21 İyn, 2017
10:07
4895

Azərbaycanlı fizik yeni oyun ixtira etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdənin Mustafaağalı kənd sakini Qərib Hüseynov şahmat oyunu əsasında yeni oyun ixtira edib. 17 gedişdən ibarət olan oyunun əsas məqsədi işğal altında olan torpaqlarımızı sülh yolu ilə azad etməkdir.

Fizika müəllimi olan Qərib Hüseynov bu oyunun hazırlanmasına 9 ilə yaxın vaxt sərf edib. Şahmat mübarizə oyunu olduğu üçün Qərib Hüseynov da bu mübarizəni Qarabağ məsələsinə çevirib.

Bu qeyri-adi oyun iki nəfər arasında oynanılır. Ancaq oyun ele qurulub ki, qara fiqurlardan ibarət olan daşların oyunda qalib gəlməsi mümkün deyil. Qərib Hüseynov deyir ki, nə qədər güclü şahmatçı olsa belə, bu oyunda qara fiqurlarla qalib gələ bilməz.

Bu da o mənaya gəlir ki, hansı yolla olur-olsun, düşmən işğal altındakı torpaqlarımızdan çıxarılacaq.

İ.N.

© xezerxeber.az 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri