22 
İyn
2017
11:56
43
384
20287
Virtual karabakh

400 minlik toyu olan Aysel Şükürova aparıcılıq edəcək – FOTO

22 İyn, 2017
11:56
20287

400 minlik toyu olan Aysel Şükürova aparıcılıq edəcək – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı, videoblogger Aysel Şükürova “Lider TV”-də aparıcılıq edəcək.

Oxu.Az xəbər verir ki, o, bu barədə  sosial şəbəkədə məlumat yayıb.

“Qızlar, çalışın, həyatda məqsədiniz olsun. Çünki əvvəllər öz-özümə deyirdim ki, görəsən, nə vaxtsa arzum gerçəkləşəcək? Elə də oldu. Gerçəkləşdi. Bir daha əmin oldum ki, niyyətin hara, mənzilin ora. Bu söz boşuna deyilməyib. Həmişə istəmişəm ki, incəsənətlə bağlı bir şey edim. Amma bəzi səbəblərdən alınmırdı. 2013-cü ildən bloggerlik edirəm. Onda məni 4000 xanım izləyirdi. Səhifəmi bağladım. Sonra yenidən açdım. Amma səhifəni indi minlərlə xanım izləyir.

Bundan sonra “Lider TV”-də aparıcı kimi özümü sınayacağam. Daha böyük planlarım var, inşallah, bilirəm ki, o da olacaq”.

Xatırladaq ki, Aysel Şükürova toyuna 400 min xərclənməsi haqqında yayılan xəbərlərlə gündəmə gəlmişdi.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri