22 
İyn
2017
15:34
50
326
20267
Virtual karabakh

Bahalı toyu olan Ayselin yalanı üzə çıxdı

22 İyn, 2017
15:34
20267

Bahalı toyu olan Ayselin yalanı üzə çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı, videoblogger Aysel Şükürova sosial şəbəkədə “Lider TV”-də aparıcılıq edəcəyi barədə məlumat yayıb.

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı “Lider TV”-nin icraçı direktorunun birinci müavini Lamiyə Ələkbərova ilə əlaqə saxlayıb.

O, saytımıza müsahibəsində bildirib ki, A.Şükürovanın “Lider” telekanalında aparıcı kimi fəaliyyətə başlayacağı xəbəri əsassızdır. Bu barədə rəhbərlik tərəfindən A.Şükürovaya təklif irəli sürülməyib. O, özü də telekanala hansısa layihə ilə bağlı müraciət etməyib.

Aytən Sadıqzadə
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri