22 
İyn
2017
22:47
220
59
5008
Virtual karabakh

Azərbaycanda qeyri-adi uşaq hər kəsi heyrətləndirdi – VİDEO

22 İyn, 2017
22:47
5008

Azərbaycanda qeyri-adi uşaq hər kəsi heyrətləndirdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyan rayonunun Boranıkənd kəndində yaşayan üç yaşlı Ömər Zeynalovun bədəni müxtəlif metal əşyaları, eləcə də mobil telefonları maqnit kimi özünə cəzb edir. 

Oxu.Az-ın Xəzər TV-yə istinadən  məlumatına görə, valideynləri uşaqda olan bu qeyri-adi bacarığı bu yaxınlarda aşkar ediblər. Azyaşlıya dəmir pul verərkən o, həmin pulları bədəninə yapışdırıb.

Valideynləri deyirlər ki, Ömər ağır yükləri qaldırmağı çox xoşlayır. Dəfələrlə evdə böyük əşyaları bədəninə yapışdırmaqla, sanki öz bacarığını daha da təkmilləşdirməyə çalışır. Ömərdə olan bu istedada şübhə edənlər isə telefonlarını onun bədəninə yapışdırmaqla kifayətlənirlər.

Ömərin istedadına güvənən valideynlər onun gələcəkdə bu bacarığını beynəlxalq müsabiqələrdə nümayiş etdirməsini istəyirlər.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri