23 
İyn
2017
12:51
69
32
3476
Virtual karabakh

Çingiz Abdullayev və “Xənnas”ın yaradıcı qrupu “Odlar Yurdu” məzunları ilə bir arada – FOTO

23 İyn, 2017
12:51
3476

Çingiz Abdullayev və “Xənnas”ın yaradıcı qrupu “Odlar Yurdu” məzunları ilə bir arada – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cinema Plus” Gənclik Mall–da keçirilən “Ulduzlu Məzuniyyət” proqramında xalq yazıçısı Çingiz Abdullayev, “Xənnas” filmi yaradıcı kollektivi və “Odlar Yurdu” Universiteti məzunları bir araya gəlib. 

Oxu.Az-ın məlumatına görə, universitetin beynəlxalq əlaqələr və innovasiyalar üzrə prorektoru Ceyhun Osmanlı universitet üçün öz tələbə və məzunlarının hər zaman prioritet təşkil edəcəyini bildirdi.

İş həyatına atılan gənclərə uğurlar diləndi və hər zaman inkişafda olan Azərbaycan dövlətində gənclərimizin layiqli işlə təmin olunması üçün çox sayda imkanların olduğu vurğuladı. Eyni zamanda, universitetin gələcək hədəflərindən söz açıldı və qonaqlara universitetin məzunlarına göstərdiklərə diqqətə görə təşəkkür edildi.

Tədbir rəsmi və bədii olmaqla, iki hissədən ibarət keçirilib. Tədbirin rəsmi hissəsində xüsusi qonaq kimi dünyaşöhrətli Azərbaycan xalq yazıçısı, publisist Çingiz Abdullayev çıxış etdi. “Odlar Yurdu” Universitetində dəfələrlə qonaq olduğunu diqqətə çatdıran Çingiz Abdullayev görüşün təşkilinə və keçirilməsinə görə öz təşəkkürünü bildirib. O, Azərbaycanda kitab mütaliəsinin az olduğunu təəssüf hissi ilə qeyd edib və bütün gəncləri kitab oxumağa səsləyib. Gələcəyimizin gənc nəslin maarriflənməsindən asılı olduğunu deyən yazıçı onların cəmiyyət üçün yararlı fərd kimi formalaşmasında mütaliənin böyük rolu olduğunu söyləyib və gənclərə qiraət etməyi tövsiyə edib. Yazıçı əsərlər yazarkən həmin insanların hansı hisslər keçirdiyini, bir anlığa həmin rolların yerində özünü hiss etdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. Gənclər bu önəmli görüşdən çox məmnun olduqlarını həm alqışları, həm də sualları ilə ifadə etdi.

Bədii hissədə Azərbaycanda ilk dəfə qorxu janrında çəkilən və nümayiş olunduğu gündən etibarən tamaşaçıların böyük marağına səbəb olan “Xənnas” filminin “Odlar Yurdu”   Universitetinin məzunları üçün qapalı nümayişi təqdim olundu. Filmin prodüseri və baş rejissoru Elvin Abdulla gənclərin böyük alqışlarına səbəb oldu. Daha sonra filmin qəhrəmanları Pərvin Abiyeva,   Hikmət Rəhimov, Zarina Qurbanova, Türkay Cəfərli, Nərgiz Əliyeva, Qorqud Cəfər səhnəyə dəvət olundu. Filmin yaradıcı qrupu “Odlar Yurdu” Universiteti kollektivi ilə ünsiyyətdən məmnunluğunu ifadə etdi.

“Odlar Yurdu” Universiteti innovativ layihələrini davam edəcək.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri