23 
İyn
2017
14:08
100
14
6366
Virtual karabakh

Eldar Əzizov AJB-dən kənarlaşdırılıb – Elçin Şıxlıdan AÇIQLAMA

23 İyn, 2017
14:08
6366

Eldar Əzizov AJB-dən kənarlaşdırılıb – Elçin Şıxlıdan AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün AJB sıralarında xeyli tanınmış jurnalist var. Amma o da maraqlıdır ki, bəzi mənbələrdə, o cümlədən Vikipediyada qələm əhlinin jurnalist kimi deyil, məmur kimi tanıdığı bir sıra məşhur şəxslərin AJB üzvü olduğu bildirilir. Məsələn, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun tərcümeyi-halında Azərbaycan Jurnalistlər Birliyinin üzvü olduğu qeyd edilir.

Oxu.Az-ın məlumatına görə, birliyin sədri Elçin Şıxlı modern.az-a  bildirib ki, Eldar Əzizov daha birliyin üzvü deyil: “Vəzifədə olanların bir çoxunda Sovet dövründən qalma kitabça ola bilər. Amma onların heç biri artıq üzv deyillər. Çünki nizamnamə var, buna, əsasən, birliyin işində iştirak etməyən və bir il ərzində üzvlük haqqı ödəməyən adamlar avtomatik olaraq üzvlükdən çıxır. Ona görə sovet dövründə kitabça alanların böyük əksəriyyəti zənn edir ki, onlar təşkilata üzvdür, amma bu, belə deyil. Bu nöqteyi-nəzərdən birlikdə hansı tanınmış üzv olduğunu da deyə bilmərəm”.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri