23 
İyn
2017
17:55
54
41
3872
Virtual karabakh

Neharada.az - bütün məkanlar bir arada – FOTO

23 İyn, 2017
17:55
3872

Neharada.az - bütün məkanlar bir arada – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neharada.az - Çoxları bu internet portalını tanısa da, bunun xidmətləri barədə az məlumatlıdırlar. Ümumiyyətlə, bu növ xidmət göstərən bənzər saytlardan bir çox xüsusiyyəti ilə fərqlənir. Buna həm sayta daxil olanda, həm də mobil tətbiqini yüklədikdə şahid olmaq mümkündür. Bu sayt vasitəsilə biz Azərbaycanın şəhər və rayonlarında yerləşən məkanların yerini dəqiq tapa və onların göstərdiyi xidmətlər barədə dolğun informasiya əldə edə bilirik. Məkanlar sırasına alış-veriş, əyləncə, turizm, idman, tibb mərkəzlərini, kafe, restoranları, şadlıq saraylarını, otelləri, mağazaları, təhsil ocaqlarını, dövlət orqanlarını, bankları, muzey və kinoteatrları və s. aid etmək olar. Bunun üçün dünyanın istənilən nöqtəsində olsan belə, bu sistemdən rahatlıqla faydalanmaq mümkündür və lazım olan bilgilər anında sizdə olacaq.

Azərbaycana gələn turistlərin maraq dairəsinə də çevriləcək olan bu sayt hazırda Azərbaycan dilində fəaliyyət göstərir. Gələcəkdə digər dillərdə də fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur.

Hər qeydiyyatdan keçən şəxs sayta öz məkanını da əlavə edə bilər – Sayta daxil olursunuz, qeydiyyatdan keçirsiniz, məkan barədə məlumatı yazırsınız və ehtiyacınız olan müddət üzrə əlavə edirsiniz.

Sayt, ümumiyyətlə, həm mobil versiyaya, həm də geniş ekranlı kompüterlərə uyğun standartlarda açılır. Fəqət daha bir yenilik edilərək, saytın mobil tətbiqi yenicə istifadəyə verilib ki, bununla siz daha geniş imkanlardan faydalana bilərsiniz. Sadəcə, indi Android  əməliyat sistemi olan telefonlar üçün hazır olan tətbiqi Google Playmarket-də  “neharada” axtarıb telefonunuza yükləyə bilərsiniz. Beləcə, saytdakı bütün yeniliklər barədə məlumatlı olacaqsınız.

Üstünlüklər təkcə bunlarla bitmir. Siz tətbiq vasitəsilə müxtəlif məkanlardan endirimli istifadə imkanlarını da qazana bilərsiniz. Bu zaman saytda yer alan iaşə obyektləri üzrə məkanları sosial şəbəkələrdə paylaşım etməniz yetərlidir ki, bu şansı qazanasınız.  Belə ki, Azərbaycanda ilk olan bu unikal paylaşım – endirim sistemini Sizə, sadəcə, neharada.az təqdim edir.

Gördüyünüz kimi, sayt çoxçeşidli funksiyaya malik olmaqla, fərqli və olduqca maraqlı bir üslubda fəaliyyət göstərir.

Siz də neharada.az saytından faydalanın və uzaq məsafələri özünüzə yaxın edin.

Google PlayMarket linki: https://play.google.com/store/apps/details?id=az.neharada.places

Sayt ünvanı: www.neharada.az.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri