23 
İyn
2017
18:01
154
24
2982
Virtual karabakh

Azərbaycanda eramızdan əvvəl I-II minilliklərə aid məzarlıq tapılıb – FOTO

23 İyn, 2017
18:01
2982

Azərbaycanda eramızdan əvvəl I-II minilliklərə aid məzarlıq tapılıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qusar rayonu ərazisində eramızdan əvvəl I-II minilliklərə aid olunduğu bildirilən qəbiristanlıq aşkarlanıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, qədim qəbiristanlıq Qusarın Zindan Muruq kəndində yerləşir.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi mütəxəssisi, arxeoloq Qəhrəman Ağayev bildirib ki, sovet dövründə aparılan araşdırmalar nəticəsində abidənin orta əsrlərə aid olduğu ehtimal edilib.

Q.Ağayevin sözlərinə görə, Qusarda 3 istiqamətdə araşdırma aparılır və 3-4 yeni abidə aşkar edilib.  O, qeyd edib ki, Qusar rayonunun ərazisi tarixi abidələrlə zəngindir. Burada tarixi hətta eneolit dövrünə gedib çıxan abidələrə rast gəlmək mümkündür.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri