24 
İyn
2017
13:05
30
178
6122
Virtual karabakh

Baş Prokurorluq Əkrəm Həsənova xəbərdarlıq edib

24 İyn, 2017
13:05
6122

Baş Prokurorluq Əkrəm Həsənova xəbərdarlıq edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Özünü bank sahəsində ekspert kimi təqdim edən Əkrəm Həsənov banklarda faktlarla təsdiq olunmayan cinayət əməllərinin olması barədə əsassız iddialar irəli sürərək əmanətçiləri banklarda olan vəsaitlərini geri götürməyə çağırışlar etməklə, əhali arasında ajiotaj yaradan, banklardan əmanətlərin qaçışına, likvidlik problemlərinin yaranmasına və nəticə etibarı ilə maliyyə sistemində arzuolunmaz hallara səbəb olma ehtimalı yaratdığından, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət edilib”.

Bu barədə Oxu.Az-a Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq Əkrəm Həsənova bankların işgüzar nüfuzuna xələl gətirən, qərəzli informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə oxşar məzmunlu açıq çağırışlar edəcəyi, habelə bu qəbildən olan məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə, barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib. Hazırda Ə. Həsənov tərəfindən bank sahəsində aparılan islahatlara kölgə salmaq məqsədi güdən, qeyd olunan əsassız fikir və məlumatların yayılmasının məqsədinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.       

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri