27 
İyn
2017
13:39
24
172
6717
Virtual karabakh

Bakının bir hissəsinin işıqsız qalmasının səbəbi açıqlandı – YENİLƏNİB

27 İyn, 2017
13:39
6717

Bakının bir hissəsinin işıqsız qalmasının səbəbi açıqlandı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərişıq” ASC bu gün Bakının bəzi ərazilərində elektrik enerjisi təchizatının kəsilməsinə aydınlıq gətirib.

Oxu.Az-ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Report”a bildirib ki, işıqların kəsilməsi müvəqqəti olub.

“Təchizatın kəsilməsi qış rejimindən yay rejiminə keçməyimizlə bağlıdır. Bundan başqa, bəzi kabellərdə zədələnmə olmuşdu. Laboratoriyanın onların yerini müəyyən etməsi də müəyyən qədər vaxt apardı, buna görə də, elektrik enerjisinin verilişində fasilə yarandı. Hazırda vəziyyət normallaşıb, paytaxt problemsiz olaraq elektrik enerjisi ilə təmin olunur”, - deyə o, qeyd edib.

Qeyd edək ki, bu gün paytaxtın Səbail, Nəsimi və Yasamal rayonlarında elektrik enerjisi təchizatında fasilə yaranıb. Hətta bəzi işıqforlar da işləməyib.

13:06

Paytaxtın bir neçə rayonu işıqsız qalıb.

Oxu.Az xəbər verir ki, ”Azərişıq” ASC-dən Haqqin.Az-a verilən məlumata görə, qəza nəticəsində Bakının Səbail, Nəsimi və Yasamal rayonlarında elektrik enerjisi təchizatında fasilə yaranıb. Paytaxtda bəzi işıqforlar da işləmir.

Qurumdan qeyd ediblər ki, yaxın saatlarda elektrik enerjisi təchizatı tam bərpa olunacaq.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri