27 
İyn
2017
16:52
60
319
27545
Virtual karabakh

22 yaşlı modelin ölümü ilə bağlı yeni təfərrüatlar – FOTO

27 İyn, 2017
16:52
27545

22 yaşlı modelin ölümü ilə bağlı yeni təfərrüatlar – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Estetik cərrahi əməliyyatdan sonra dünyasını dəyişən 22 yaşlı azərbaycanlı model Leyla Orucovanın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Oxu.Az-ın xəbərinə görə, hüquq-mühafizə orqanlarındakı mənbə 1news.az-a bildirib ki, L.Orucovanın liposaksiya (piy sovurma) əməliyyatına qarşı əks göstərişi var idi.

“Bundan əvvəl Orucova digər həkimə müraciət etmişdi, və o, analizlərin nəticələrindən sonra (Leylanın böyrəklərində problem aşkarlanmışdı),  əməliyyata razılıq verməmişdi. Buna baxmayaraq, qız niyyətindən imtina etməyərək Zəfəran Hospitala müraciət etmişdi. Faktla bağlı araşdırmalar davam etdirilir”, - mənbə deyib.

Zəfəran Hospitalın saytında bildirilir ki, klinikada iki plastik cərrah işləyir - Sirus Qoçhani və Teymuraz Rəsulov. Lakin onlardan hansının əməliyyatı həyata keçirməsi məlum deyil. Bəzi yerli saytlar iddia edirlər ki, əməliyyatı iranlı estetik cərrah Sirus Qoçhani həyata keçirib.

Sirus Qoçhani

Teymuraz Rəsulov

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri