27 
İyn
2017
22:57
18
196
3459
Virtual karabakh

Neftçalada iki avtomobil toqquşdu: Yaralananlar var

27 İyn, 2017
22:57
3459

Neftçalada iki avtomobil toqquşdu: Yaralananlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neftçalada 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə Report Aran bürosuna istinadən məlumat yayıb.

Bildirilir ki, hadisə bu gün axşam saatlarında rayonun Oryad qəsəbəsi ərazisində baş verib. Qarabağ əlili olan 47 yaşlı Neftçala sakini Elşən Ağəli oğlu İsmayılov idarə etdiyi “Oka” markalı avtomobillə hərəkətdə olarkən həmyerlisi, 25 yaşlı Vüsal Məhəmməd oğlu Fərzəliyevin idarə etdiyi “Niva” ilə toqquşub. Nəticədə hər iki sürücü, “Oka”da olan rayon sakinləri, 56 yaşlı Rəna Hümmət qızı Nadirova, 56 yaşlı Solmaz Aydın qızı Heybətova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib. “Oka”nın sürücüsü Elşən İsmayılovun vəziyyəti ağır olduğundan o, Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri