28 
İyn
2017
21:40
39
108
2656
Virtual karabakh

MDB ölkələri daxili işlər nazirləri cinayətkarlıqla mübarizəni müzakirə edib

28 İyn, 2017
21:40
2656

MDB ölkələri daxili işlər nazirləri cinayətkarlıqla mübarizəni müzakirə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib.

Oxu.Az Modern-ə istinadən xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Özbəkistanın daxili işlər nazirləri - Ramil Usubov, İqor Şuneviç, Kulmuxanbek Kasımov, Ulan İsroilov, Vladimir Kolokolsev və Abdusalom Azizov, həmçinin Maldova daxili işlər nazirinin müavini Olqeq Babin, həmçinin Ermənistanın nümayəndəsi iştirak edib.

Tacikistanın daxili işlər naziri Ramazon Raximzoda cinayətkarlıqla mübarizə və digər neqativ halların qarşısının alınması sahəsində MDB ölkələrinin daxili işlər nazirlikləri arasında əlaqələrin inkişaf etdirilməsinin zəruri olduğunu bildirib.

İclasda MDB ölkələrinin daxili işlər nazirlikləri arasında əlaqələrin genişləndirilməsi, 2019-2023-cü illərdə cinayətkarlıqla mübarizə sahəsində dövlətlərarası Proqramın həyata keçirilməsi, dövlətlərarası axtarışda olan şəxslərin yaşadığı ölkəyə qaytarılması ilə bağlı sənədlərin layihəsi, informasiya texnologiyalarından istifadə etməklə cinayətkarlığa qarşı mübarizə və digər məsələlər müzakirə edilib.
 
Tədbirdə MDB ölkələrində cinayətkarlıqla mübarizənin indiki vəziyyəti, operativ-xidməti fəaliyyətin aktual problemləri ilə bağlı qarşılıqlı fəaliyyət, beynəlxalq terrorizm, ekstremizm, narkotik vasitələrin qeyri-qanunu dövriyyəsi ilə bağlı bundan əvvəlki iclaslarda qəbul edilmiş qərarların yerinə yetirilməsi məsələləri də diqqət mərkəzində olub.
 
Görüşün sonunda MDB ölkələrinin daxili işlər nazirlikləri arasında hərtərəfli əməkdaşlığın möhkəmləndirilməsi ilə əlaqədar sənədlər imzalanıb.
 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri