28 
İyn
2017
21:50
6
193
3291
Virtual karabakh

Xəzərdə qayıq qəzaya uğradı

28 İyn, 2017
21:50
3291

Xəzərdə qayıq qəzaya uğradı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün saat 13.50 radələrində SOCAR-ın Geofizika və Geologiya İdarəsinin əməkdaşlarının olduğu qayıq qəzaya uğrayıb.

Oxu.Az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsinin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirərək 34 saylı meydançanın ayağına toxunub.
Nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

L.Ə.

www.oxu.az 
 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri