29 
İyn
2017
10:01
18
95
1880
Virtual karabakh

Azərbaycanda ildırımvurma hallarının sayı artıb – VİDEO

29 İyn, 2017
10:01
1880

Azərbaycanda ildırımvurma hallarının sayı artıb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkədə ildırımvurma hallarının sayı artıb.

Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, təkcə bu ay ərzində 2 nəfəri ildırım vuraraq öldürüb.

Mütəxəssislərin sözlərinə görə, ildırımvurma hadisələrinin artmasının əsas səbəbi iqlim dəyişiklikləridir.

Elmlər Akademiyasının Coğrafiya İnstitutunun böyük elmi işçisi Həsən Nəbiyev deyir ki, ildırım halları ölkənin daha çox dağlıq bölgələrində baş verir.

Onun sözlərinə görə, şimşək çaxan zaman yüksək ərazilərdə, hündür yerlərdə dayanmamaq məsləhətdir. Evdəki bütün elektrik cihazları, mobil telefonlar söndürülməli, pəncərələrin nəfəslikləri bağlanmalıdır.

Suyun elektrik keçiriciliyi yüksək olduğu üçün ildırım çaxan vaxtlarda çimmək, duş qəbul etmək, eləcə də, qab-qacaq, paltar yumaq da məsləhət görülmür. Yağışlı və şimşəkli havada küçədə olarkən qorunmaq üçün bayraq, telefon ötürücüsü, işıq və buna bənzər digər metal dirəklərdən uzaqda dayanmaq lazımdır. Çünki bu cür dirəklərə ildırımın düşmə riski daha çoxdur.

Hazırda ildırım hadisələri ilə bağlı tədqiqat işləri aparılır. Onun hansı səbəbdən çoxalmasının səbəbləri və yaranma şəraiti öyrənilir.

E.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri