29 
İyn
2017
10:08
14
46
3453
Virtual karabakh

Günəş kremləri alarkən diqqətli olun – VİDEO

29 İyn, 2017
10:08
3453

Günəş kremləri alarkən diqqətli olun – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yayda dəriyə xüsusi diqqət və qulluq göstərmək lazımdır. Dəri yaşlanması, ləkələr və bir sıra ciddi problemlər yayda edilən səhvlərdən qaynaqlanır. Dəniz, hovuz, qum və günəş şüaları deyərkən çox zaman dərinin qeydinə qalmırlar, ya da mənşəyi bilinməyən qoruyucu kremlərdən istifadə edirlər. Bu da sonradan dəridə sağalmaz xəstəliklərin yaranmasına səbəb olur.

Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, dərinin rəngini tündləşdirmək istəyənlər günəş qəbul edirlər. Mütəxəssislər isə günəş kremləri ilə bağlı xəbərdarlıq edir.

Bəzən insanlar nəinki keyfiyyətinə, heç kremin hansı şəraitdə satıldığına da fikir vermirlər.

Həkimlər belə vasitələrdən istifadə zamanı diqqətli olmağı tövsiyə edirlər. Mənşəyi bilinməyən kremlərdən istifadə sonradan dəridə sağalmaz xəstəliklərə yol aça bilər.

Krem alarkən, sadəcə, görünüşünə yox, tərkibinə, istehsal qaydasına da baxmaq lazımdır.

Belə kremlər müxtəlif tərkibli olur. Kremləri diqqətlə seçməli, dəri tipinə, rənginə və yaşa uyğun olub-olmadığı müəyyən edilməlidir.

Belə kremlərin saxtasından orijinalını fərqləndirmək üçün isə bir neçə nüansa fikir vermək kifayət edir.

Ümumiyyətlə, normal kremlərin qiyməti 5 -30 manat arasında dəyişir.

E.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri