29 
İyn
2017
12:11
5
81
1896
Virtual karabakh

BŞTİ rəhbəri məktəblərdəki şagird sıxlığından danışdı

29 İyn, 2017
12:11
1896

BŞTİ rəhbəri məktəblərdəki şagird sıxlığından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məktəblərdə sıxlıqla bağlı problemlər hələ də qalır”.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib. O bildirib ki, bu məsələ yalnız Təhsil Nazirliyinin problemi deyil, ümumiyyətlə, ərazidə məskunlaşma ilə əlaqəli problemdir.

M. Vəliyeva qeyd edib ki, sentyabr ayına qədər 8 məktəbdə təmir işlər başa çatacaq, əsaslı təmirdən sonra məktəblər istifadəyə veriləcək: “Amma 179 nömrəli məktəbin ərazisindəki sıxlıq hələ də davam etməkdədir. Artıq sıxlıq nəinki 179 nömrəli məktəbdə, eyni zamanda, həmin ərazidə yeni, iki il əvvəl istifadəyə verilən 182 nömrəli məktəbdə də özünü göstərir. Binəqədi rayonu ərazisində yerləşən 205 nömrəli məktəbdə də sıxlıq müşahidə olunur. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə şagird sıxlığı ilə bağlı problemləri daim təhlil edərək Təhsil Nazirliyi qarşısında qaldırır, nazirlik də bu məsələni müvafiq qurumlara təqdim edir. Güman edirik ki, məsələ qısa müddətdə həllini tapacaq. Çünki məktəblərdə vəziyyət, həqiqətən, gərgindir”.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri