29 
İyn
2017
12:55
23
99
3605
Virtual karabakh

Alimlərə əlavə ödənişlərin verilməsi ilə bağlı xəbər

29 İyn, 2017
12:55
3605

Alimlərə əlavə ödənişlərin verilməsi ilə bağlı xəbər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Alimin işinə görə əlavə ödənişlərin verilməsi lazımdır.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İctima birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, institutlarda, universitetlərdə alimin hansısa təklifindən çıxış gəlir əldə olunursa, onun bir hissəsi alimə və AMEA-nın elmi tədqiqat insututlarına verilməlidir: “Dövlət tərəfindən müəyyənləşdirilən ştat vahidi var. Olur ki, kimsə işləyir, digəri isə onun hesabına yaşayır. Hər bir alimin işinə görə əlavə ödənişlər verilməlidir. Hesab edirəm ki, Azərbaycanın gələcək iqtisadiyyatının elm əsasında qurulması istiqamətində nə qədər tez addım atılsa, o qədər çox qazanc əldə oluna bilər”.

S.Novruzov bu gün bəzi tələbələrin elm ardınca deyil, diplom ardınca getdiyini də söyləyib: “Fikirləşirlər ki, diplom alıb gedim. Lakin düşünmürlər ki, savadlı olmaq lazımdır”.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri