29 
İyn
2017
13:07
112
27
6554
Virtual karabakh

Sabaha olan hava proqnozu açıqlandı

29 İyn, 2017
13:07
6554

Sabaha olan hava proqnozu açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 30-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

ETSN-dən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 20-23° isti, gündüz  29-34° isti, Bakıda gecə  21-23° isti, gündüz  32-34 isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan aşağı olacaq - 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək.

Nisbi rütubət  gecə 75-85 %,  gündüz  55-60 %  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  23-24°, Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23° isti, gündüz  30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz  17-22° isti olacağı gözlənilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri