30 
İyn
2017
19:20
193
60
12754
Virtual karabakh

Polis Bakıda qadının zorla qaçırılması ilə bağlı araşdırma aparıb

30 İyn, 2017
19:20
12754

Polis Bakıda qadının zorla qaçırılması ilə bağlı araşdırma aparıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 29-da bir bəzi xəbər portallarında Nərimanov rayonu ərazisində qadının zorla avtomobilə əyləşdirilməsi ilə bağlı yayılmış videogörüntülər araşdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, araşdırmalar zamanı müəyyən edilib ki, həmin gün səhər saat 7.00 radələrində Bakı şəhər sakini Elnur Həsənov (ad şərtidir) idarə etdiyi “VAZ-21154” markalı avtomaşınla tanışı, Bakı şəhər sakini Mehparə Hüseynovanı (ad şərtidir) mənzilinə apararkən Z.Bünyadov prospektinin Nərimanov rayonu ərazisindən  keçən hissəsində aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb, bu zaman qadın nəqliyyat vasitəsini saxlatdıraraq düşməyə cəhd göstərib. 

Lakin sürücü mübahisənin qarşısının alınması məqsədi ilə sərnişini zorla avtomobilə əyləşdirib yoluna davam edib.  

Dindirmə zamanı M.Hüseynova E. Həsənovla (adlar şərtidir) aralarında dostluq münasibətlərinin olduğunu, onun barəsində hər hansı şikayət və tələbinin olmadığını bildirib.

Hazırda faktla bağlı Nərimanov RPİ-də araşdırma davam etdirilir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri