10 
İyl
2017
09:45
139
15
7400
Virtual karabakh

Prezidentin göstərişi ilə salınan parkdan - FOTO

10 İyl, 2017
09:45
7400

Prezidentin göstərişi ilə salınan parkdan - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sökülməsi ilə böyük səs-küyə səbəb olan Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən “Ovçular evi”nin binasının ərazisində parkın salınması işi başa çatmaq üzrədir.

Oxu.Az-ın məlumatına əsasən, yeni istirahət mərkəzinin adı “Mədəniyyət parkı”dır.

Xatırladaq ki, bir müddət öncə həmin ərazidə “Ovçular evi”nin sökülməsi, ağacların qırılması və yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi xəbəri cəmiyyətdə ciddi narazılıqlara səbəb olmuşdu. KİV-də yer alan xəbərlərə görə, orada Milli Məclisin üzvləri üçün yaşayış binası tikiləcəkdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşayış binasının tikintisi dayandırıldı. Tikinti yerindəki məlumat lövhəsinə görə, Yasamal rayonunda qeyd olunan ünvanda “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı. Lakin tikintini həyata keçirən şirkət mövcud qanunları pozaraq ərazidə 54 ağacı qanunsuz olaraq ağır texnika ilə məhv edib.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri