20 
İyl
2013
18:52
240
29
41132
Virtual karabakh

Rusiyada batan qızları xilas edən azərbaycanlı - qəhrəman Salaməddin

20 İyl, 2013
18:52
41132

Rusiyada batan qızları xilas edən azərbaycanlı - qəhrəman Salaməddin

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

21-yaşlı Salaməddin Nağıyev faciəli şəkildə Pexorka çayında boğulub.

Rusiyada yerli rəhbərlik öz həyatı bahasına iki qızı ölümdən xilas etmiş 21-yaşlı azərbaycanlının qohumlarına kömək etmək istəmirlər. 

Oxu.Az Lifenews-a istinadən xəbər verir ki, 21-yaşlı Salaməddin Nağıyev Pexorka çayında boğulmaqda olan qızları xilas edərkən faciəli şəkildə həyatını itirib.

Gənc insan Moskvaya atasının yanına qonaq gəlibmiş. Gündüz çayın kənarı ilə gəzərkən o, suda köməyə çağıran üç qız uşağını görür. Bir an da olsun düşünmədən Salaməddin onların köməyinə atılır. 

Körpüdən suya tullanan gənc qızlardan ikisini sudan çıxarmağa müvəffəq olur. Təəssüf ki, o, üçüncü qızı və özünü xilas edə bilmir. 

Şahidlərin sözlərinə görə, hər şey çox sürətlə baş verdi, oğlan və qız bir saniyənin içində su axınının təsiri altında bndin altında görünməz oldu. 

- O qızları sudan çıxarmağa çalışır, özü isə boğularaq suyun dibinə gedirdi, - yerli sakinlərdən olan Artyom Life News- deyib. - Biz xilas olmuş qızlara kömək edənədək, Salam suyun altına getdi, artıq onu xilas etmək mümkün deyildi. hər şey çox sürətlə baş verdi. 

Baş verənlərdən dərhal sonra oğlanın dostları yerli polis bölməsinə müraciət edərək, Salaməddinin cəsədinin axtarılması və sudan çıxarılmasında kömək istəyiblər. 

Lakin məlum olub ki, faciənin baş verdiyi yer Lübereçki və Ramenski rayonları arasında bölünmüş ərazidir, ona hörə də, yerli rəhbərlik oğlanın cəsədini kimin axtarmalı olduğu barədə bir qərara gələ bilməyib. 

Yekunda Salamın kömək görməyən qohumları və dostları özəl xilasedicilərə pul verərək, Pexorka çayının sahilinə yollanıblar. 

- Biz dalğıc tutduq və onların saatına dörd min rubl pul verdik ki, Salamın cəsədini bəndin altından çıxarsınlar, - gəncin qohumları bildiriblər. 

Gənc oğlanın, qəhrəmanlıq etmiş Salaməddin Nağıyevin cəsədi düz bir həftə sonra - bu gün sudan çıxarılıb. 

www.oxu.az
 
 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri