17 
İyl
2017
12:35
72
525
30548
Virtual karabakh

Təzəpirə hücum edən əli qılınclı, kəfənli şəxslərdən təzə XƏBƏR – YENİLƏNİB

17 İyl, 2017
12:35
30548

Təzəpirə hücum edən əli qılınclı, kəfənli şəxslərdən təzə XƏBƏR – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 14-də Bakıda məscidə hücum edən şəxslərlə bağlı tədbir görülüb.

Oxu.Az-ın lent.az-a istinadən xəbər verir ki, Təzəpir məscidində günorta namazı qılınan zaman əllərində qılınc və dini bayraqla zala daxil olan və asayişi pozan şəxslərdən 1975-ci il təvəllüdlü Cahangirov Yaşar Əliqulu oğlunun ruhi-əsəb xəstəsi olduğu müəyyən edilib.

O, Nəsimi rayonunda yerləşən 2 saylı Ruhi-Əsəb dispanserinə yerləşdirilib. Y.Cahangirovla birgə məscidə daxil olan Aydınov Əfqan Elman oğlu barəsində isə inzibati tədbir görülüb.

14 iyul (19:22)

Bakıda məscidə hücum edən şəxslər saxlanılıb.

Oxu.Az xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Təzəpir məscidində bu gün günorta namazı qılınan zaman iki nəfər məscidə girib.

Onlardan birinin əlində qılınc, digərinin əlində isə dini bayraq olub. Məsciddə olan şəxslər dərhal polis əməkdaşlarına məlumat veriblər.

Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər saxlanılıb.

Onların Yaşar Əliqulu oğlu Cahangirov və Əfqan Elman oğlu Aydınov olduğu müəyyən edilib. Həmin şəxslər istintaqa təhvil veriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır. 

17:38

Bu gün Təzəpir məscidində cümə namazı zamanı kütləvi dava olub.

Oxu.Az xəbər verir ki, cümə namazında iştirak edən şəxslərin BakuPost-a verdiyi məlumata görə, hadisəyə səbəb məscidə ağ geyimli 2 şəxsin daxil olaraq axunddan xütbəni kəsməsini istəməsi olub.

Hadisə şahidlərinin sözlərinə görə, namazdan əvvəl məscidə əynində kəfəni xatırladan ağ geyimli Yaşar adlı bir yaşlı kişi və bir gənc gəlib. Onun əlində qılınc olub. O, cümə namazından əvvəl söz alıb danışmaq istəyib, lakin məsciddəkilərin narazılığı ilə üzləşib və susdurulub. Daha sonra namaz qılınıb. Namazdan sonra Yaşar adlı şəxs yenidən nəsə danışmaq istəyib. Bu zaman möminlər onun üzərinə hücum çəkərək, döyməyə başlayıblar. 

Onun linç edilməsi kütləvi davaya səbəb olub. Hadisəyə hüquq-mühafizə orqanlarının işçiləri qarışıb. Polis ağzı-burnu qan içində olan Yaşarı hadisə yerindən uzaqlaşdırıb və bölməyə aparıb.

Yaşar şahidlərdən biri ilə söhbəti zamanı ona Allah tərəfindən vəhy verildiyini, 2 ildir ki, bunu möminlərə çatdırmaq istədiyini qeyd edib.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri