16 
İyl
2017
20:05
33
303
5230
Virtual karabakh

Azərbaycanda canavarlar kəndə hücum edib

16 İyl, 2017
20:05
5230

Azərbaycanda canavarlar kəndə hücum edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdaş rayonunun Ağzıbir kəndi canavarların hücumuna məruz qalıb. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, canavarlar gecə saatlarında kənd sakini Taleh Firiddun oğlu İsmayılovun həyətinə daxil olaraq mal-qaraya hücum ediblər. Səs-küyə oyanan ev sahibi yırtıcı heyvanları həyətdən qova bilib.

Bundan sonra məlum olub ki, kənd sakinin qoyunlarından üçünü canavarlar parçalayaraq öldürüb. Yırtıcılar digər yeddi baş qoyuna ağır xəsarət yetiriblər.

Yaralı heyvanlara yardım edilərək quduzluq əleyhinə iynələr vurulub. Canavarların öldürdüyü heyvanlar Rayon Baytarlıq idarəsinin sahə nümayəndələrinin nəzarəti altında yandırılaraq basdırılıb. 

S.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri