16 
İyl
2017
22:00
101
47
7740
Virtual karabakh

Yayda balıq alarkən nələrə diqqət yetirmək lazımdır - VİDEO

16 İyl, 2017
22:00
7740

Yayda balıq alarkən nələrə diqqət yetirmək lazımdır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yayda ən tez xarab olan məhsullardan biri də balıqdır. Buna görə də yayda çoxları balıq almır. Çünki balıq ətindən zəhərlənmələr baş verə bilər. Lakin balıq həvəskarları üçün fəslin fərqi yoxdur, onlar yayda da balıqdan istifadə etməyi sevirlər. 

Yayda balıq alarkən nələrə diqqət yetirmək lazımdır ki, orqanizmə zərəri olmasın?

Oxu.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, soyuq fəsillərdəki kimi olmasa da, yayda da balıq almaq istəyənlər var.

Yayda bazarlarda balıq satışı çox az olur. Lakin xüsusi balıq bazarlarında, çox diqqətlə saxlanılan balıqları tapmaq mümkündür. Balıq mütəxəssisləri deyir ki, istənilən yerdən balıq alarkən diqqətli olmaq lazımdır.

Açıq havada satılan balıqları qətiyyən almaq olmaz. Satış yerləri daimi olaraq baytar həkimlərin nəzarətində olmalıdır. Balıqlar yalnız buzun içərisində, sərin şəraitdə saxlanılmalıdır.

Amma balıq çox dondurulmuş vəziyyətdə saxlanıldıqda da keyfiyyətini itirir. Uzaq məsafədən gətirilən balıqları alarkən də diqqətli olmaq lazımdır.

Mütəxəssislər bu mövsümdə daha çox diri balıqların alınmasını məsləhət görür.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri