17 
İyl
2017
09:44
302
43
7546
Virtual karabakh

Azərbaycanlı şairin nəvəsi ABŞ Silahlı Qüvvələrinin zabiti oldu – FOTO

17 İyl, 2017
09:44
7546

Azərbaycanlı şairin nəvəsi ABŞ Silahlı Qüvvələrinin zabiti oldu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocanın nəvəsi Pərviz ABŞ Silahlı Qüvvələrinin zabiti olub.

Oxu.Az Modern.az saytına istinadən xəbər verir ki, gənc zabit 10 ildən çoxdur ABŞ-da yaşayır. O, Fikrət Qocanın qızı Günay Qocayevanın oğludur. 

Qeyd edək ki, xalq şairinin qızı G.Qocayeva 2004-cü ildən ABŞ-ın İndiana Ştatında yaşayır. O, Bakı şəhərində dünyaya gəlib, orta məktəbi bitirdikdən sonra BDU-nun Şərqşünaslıq fakültəsində təhsil alıb, 1993-cü ildə həmin fakültəni türkoloq kimi başa vurub. Bir müddət Azərbaycan Yazıçılar Birliyində kitabxanaçı, sonradan kitabxana müdiri vəzifələrində çalışıb. Ailəlidir.

Pərvizin atası  - Günay Qocayevanın həyat yoldaşı Corc milliyətcə ingilisdir. Amma islam dinini qəbul eləyib, az da olsa, Azərbaycanca danışa bilir. 

ABŞ Silahlı Qüvvələrinin gənc zabit Pərviz 21 yaşındadır, o, ABŞ-da ingilis dilində təhsil alıb.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri