17 
İyl
2017
10:14
46
232
11251
Virtual karabakh

Azərbaycanda kənd qızları 18 yaşına çatmamış ərə verilirlər – STATİSTİKA

17 İyl, 2017
10:14
11251

Azərbaycanda kənd qızları 18 yaşına çatmamış ərə verilirlər – STATİSTİKA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaşı 18-dək olan analar tərəfindən doğulan uşaqların sayına görə kəndlər şəhərləri üstələyir.

Azərbaycanda yaşı 18-dək olan analar tərəfindən doğulan uşaqların sayına görə kənd yerləri şəhər yerlərini üstələyir.

Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, 2016-cı ildə 18 yaşadək analar tərəfindən 2809 uşaq doğulub. Onun 934-ü şəhər, 1875-i kənd yerlərindəndir.

2015-ci ildə yaşı 18-dək olan analar tərəfindən doğulan 2895 uşağın 1003-ü şəhər, 1892-si kənd, 2014-cü ildə 3296 uşağın 1054-ü şəhər, 2242-si kənd yerlərində, 2013-cü ildə 2855 uşağın 889-u şəhər, 1966-sı kənd yerlərində, 2012-ci ildə isə 3236 uşağın 1067-si şəhər, 2169-u kənd yerlərində dünyaya gəlib.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri