17 
İyl
2017
12:34
11
171
6174
Virtual karabakh

Uşaqları xəstə doğulan əmioğlu-əmiqızı kimləri günahkar bildi? – VİDEO

17 İyl, 2017
12:34
6174

Uşaqları xəstə doğulan əmioğlu-əmiqızı kimləri günahkar bildi? – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabadda talassemiya xəstəliyindən əziyyət çəkən cütlük analizin nəticələrinə görə Elmi Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunu ittiham edib. Belə ki, rayonun Uzuntəpə kəndində yaşayan Rüstəm və Səkinə Əzimovaların nikaha daxil olmaq üçün verdikləri qan analizinin nəticələri müsbət çıxsa da, sonradan ikinci müayinə zamanı onların talassemiya daşıyıcısı olduğu bildirilib. Bu səbəbdən də dünyaya gətirdikləri körpədə də talassemiya aşkarlanıb və ona hər həftə qan vurdurmaqla yaşamasına nail olurlar. 

Oxu.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Elmi Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun rəhbəri Zöhrə Əlimirzəyeva onların əmioğlu - əmiqızı olduğunu bildirib: “Rüstəm və Səkinə Əzimovalar 2014-cü ildə evləniblər. 2015-ci ildə isə nikaha daxil olublar. Nikaha girmək üçün analiz verəndə Səkinə Əzimova 6 aylıq hamilə imiş. Həmin dövrdə də perinatal müayinəni də aparmaq artıq gecdir.  

Onu da qeyd edim ki, müayinə  aparatları Fransadan gətirilmiş ən yeni aparatlardır. İndiyə kimi nikaha daxil olmaq üçün 300 mindən artıq insan müayinədən keçib. Bu aparatların səhv etmə ehtimalı sıfıra yaxındır. 

Biz həmin ailəni təkrar müayinə üçün İnstituta dəvət etmişik. Cütlüklər İnstituta gəldikdən sonra onların nümunələri təkrar yoxlanılaraq araşdırma aparılacaq. Baxaq görək ki, burada  hansı mərhələdə nə ola bilər. İnsan faktorudur. Bəlkə, rayonda qan götürülərkən hansısa yanlışlığa yol veriblər. Təzə başlanan vaxtları olub. İndi isə nümunələr hamısı  barikodlanır.  Etiketləri artıq kompüter oxuyur. Ondan sonra avtomatik olaraq cavablar analizlər verilən yerə göndərilir.  
Bu, bilərkdən olmuş səhv deyil. Heç kəs istəməz ki, belə bir şey olsun. Bizdə 105 ailədə 40-dan çox perinatal müayinə aparılıb. 8 uşaq xəstə çıxıb. Onlar tibbi yolla götürülüb. Digərləri doğulduqdan sonra təkrar yoxlanılıb, daşıyıcı olduqları müəyyən olunub”. 

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri