17 
İyl
2017
17:05
185
124
8802
Virtual karabakh

Bakıda təcili tibbi yardım stansiyasının həkim briqadası döyüldü – FOTO

17 İyl, 2017
17:05
8802

Bakıda təcili tibbi yardım stansiyasının həkim briqadası döyüldü – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Xətai rayonunda təcili tibbi yardım stansiyasının həkim briqadası restoranların birinin həyətində döyülüb.

Hadisə gecə saatlarında Xətai rayonu, Əhmədli qəsəbəsi, Telnov küçəsi 6 a ünvanında yerləşən “Pion Palace”ın həyətində qeydə alınıb. Adıçəkilən əraziyə çağırışa gedən 7 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Aynurə Şamilzadə və feldşer Günay Həziyeva gözləmədikləri vəziyyətlə üzləşiblər.

Oxu.Az xəbər verir ki, zərərçəkənlər SalamNews-a içkili vəziyyətdə olan xanıma yardım etmək istəyən zaman bir neçə nəfər sərxoş şəxsin onlara müxtəlif bədən xəsarətləri yetirdiklərini bildiriblər.  

Qeyd edək ki, “Pion Palace”ın əməkdaşları da baş vermiş faktı təsdiq edərək bildiriblər ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları sərxoş şəxslər tərəfindən təzyiqlərə məruz qalıb və döyülüblər.

Xətai rayon 7 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları sonradan adlarını bildikləri Salmanova Günel Elman qızı və Elvin adlı şəxsdən aidiyyəti orqanlara şikayət ediblər.

Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsində təhqiqat araşdırmalarına başlanıb. Polis bölməsindən bildirilib ki, zərərçəkənlərin izahatları alınıb və xəsarətlərinin müəyyən olunması üçün onlar Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xətai rayon şöbəsində məhkəmə tibbi ekspertizasından keçiblər. Artıq hadisəni törətməkdə şübhəli bilinən Salmanova Günel Elman qızı və Elvin adlı şəxsin də izahatları alınıb, sərxoşluq dərəcəsinin müəyyən olunması üçün ekspertizadan keçiblər.

Materiallar toplanaraq Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndəriləcək. Müvafiq ekspertizaların rəyindən sonra fakta hüquqi qiymət veriləcək.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri