17 
İyl
2017
20:46
229
37
10282
Virtual karabakh

700 bal toplayan abituriyentlər harada oxumaq istəyirlər? – VİDEO

17 İyl, 2017
20:46
10282

700 bal toplayan abituriyentlər harada oxumaq istəyirlər? – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın 278 nömrəli məktəbin məzunu Pərvin Mətləb qızı Əhmədova və 111 nömrəli məktəbin məzunu İlhamə Ramil qızı Hüseynova bu il III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstəriblər.

Oxu.Az-ın xəbərinə görə, 700 bal toplayan abituriyentlər Xəzər TV-yə danışıblar. 

Pərvin Əhmədovanın sözlərinə görə, ilk imtahanda 657 bal toplasa da, bu balı 700-ə tamamlamaq üçün ikinci imtahana girib. O, bu uğurda müəllimlərinin və valideynlərinin zəhmətini yüksək qiymətləndirib.

İlhamə Hüseynova da, bu nəticəni əldə etmək üçün daim çalışdığını bildirib.

Hər iki qız təhsillərini Bakı Dövlət Universitetinin hüquq fakültəsində davam etdirmək istəyirlər.

Ümumilikdə, bu il ali məktəblərə qəbul imtahanlarının nəticələrinə görə, hələlik 12 abituriyent 700 bal toplayıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri