18 
İyl
2017
11:56
31
155
10626
Virtual karabakh

Azərbaycanlı məşhurlar mükafatlandırıldı – FOTO

18 İyl, 2017
11:56
10626

Azərbaycanlı məşhurlar mükafatlandırıldı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda “Luxury Awards – 2017” mükafatlandırılma mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə qonaqlar əvvəlcə möhtəşəm qırmızı xalı şousunun şahidi olublar. Daha sonra təqdim etdiyi işlərə və tamaçaçı səsverməsinin nəticəsinə görə müğənni, aktyor, ictimai xadim, rejissor, stilist, model, idmançı, jurnalistlər və digər sahələrin tanınmış simaları arasında qalib olanlara mükafat təqdim olunub. Mükafat alanlar arasında Oxu.Az-ın əməkdaşı Aytən Sadıqzadə də olub.

Tədbirin sonunda möhtəşəm “after-party” təşkil olunub.

“Zirvə Ziyalılar Təşkilatının”nın yaranmasının 25 illiyi ilə münasibəti ilə təşkil edilən “Luxury Awards – 2017”-nin layihə rəhbəri Ləman Mirtalıblı, aparıcı Samir Bayramlı olub.

Qaliblərin siyahısını təqdim edirik:

“İlin ən yaxşı kişi siyasətçisi” -  Fərəc Quliyev (millət vəkili)

“İlin ən yaxşı qadın siyasətçisi” - Qənirə Paşayeva (millət vəkli)

“İlin nümunəvi peşəkar yol polisi” -  Vaqif Əsədov (Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki)

“İlin  beynəlxalq stilisti” - Anar Ağakişiyev

“İlin dəbli müğənnisi” -  Nura Suri

“İlin beynəlxalq müğənnisi” -  Eldar Qasımov

“İlin gənc istedadlı  müğənnisi” - Nuray Məhərov

“İlin sevilən pop müğənnisi” - Xəyyam Nisanov

“İlin seçilən müğənnisi” - Samir Cavadzadə

“İlin sevilən müğənnisi” -  Natavan Həbibi

“İlin ən məşhur diceyi” -  Çingiz Mustafayev

“İlin fitness-məşqçisi” - Ceyhun Vəliyev

“İlin karateçisi” - Ayxan Mamayev

“İlin rejissoru” - Kənan Mahmudov

“İllin peşəkar teatr və film  aktrisası” - Firəngiz Mütəllimova

“İlin  məşhur aktrisası” - Pərvin Abıyeva

“İlin beynəlxalq moda təşkilatçısı” - Aqil Məmiyev

“İlin modelyer-dizayneri” -  Cəlal Kəngərli

“İlin beynəlxalq və peşəkar modelyer-dizayneri” - Gülnarə Xəlilova

“İlin peşəkar jurnalisti” – Aytən Sadıqzadə 

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri