16 
İyl
2017
17:50
10
9
844
Virtual karabakh

“Nə? Harada? Nə zaman?” üzrə VIII Çağırış Kuboku keçirildi – FOTO

16 İyl, 2017
17:50
844

“Nə? Harada? Nə zaman?” üzrə VIII Çağırış Kuboku keçirildi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə VIII Çağırış Kubokunun final mərhələsinə yekun vuruldu.

“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə VIII Çağırış Kubokunun finalı 15 iyulda Pullman oteldə keçirildi. Final oyununa seçim turlarında ən yaxşı nəticə göstərən, Azərbaycanın 15 regionu və Bakını təmsil edən 50-dən artıq komanda vəsiqə qazanmışdı. Final mərhələsi çərçivəsində 3 kubok uğrunda mübarizə getdi. Regionalar Kubokunun qalibi artıq ardıcıl üçüncü ildə də Gəncə şəhərini təmsil edən komandaya nəsib oldu. Gərgin keçən 3 turluq 36 sualdan ibarət oyunda İmişlinin “Fenomen” komandası ilə bərabər xallar yığan Gəncənin “Rekviyem” komandası əlavə suallarda rəqibindən üstün oldu. Üçüncü yeri isə Goranboy məktəblilərindən  ibarət “Turan” komandası tutdu.

“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə VIII Çağırış Kubokunun əsas sıralamasında isə birinci yeri digər rəqiblərini qabaqlayan “Maqnat” komandası tutdu. 

“Kapitalistlər” komandası ikinci, əsas rəqibi ilə eyni xal toplayan, lakin sual reytinqində onu qabaqlayan “United” komandası isə üçüncü yerə layiq görüldü.

Peşəkar İntellekt Liqasının 2017-ci il mövsümünə də “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə VIII Çağırış Kuboku çərçivəsində yekun vuruldu. 6 aya yaxın davam etmiş 15 turluq marafonun qalibi Vendomat komandası oldu. İkinci yeri “Prestige”, üçüncü yeri isə gərgin mübarizədən sonra “Jagermeister” komandası layiq görüldü.

Qaliblər kubok, medal, diplom və hədiyyələrlə mükafatlandırıldılar. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri