21 
İyl
2017
17:07
90
189
13313
Virtual karabakh

Qadın qızılla dolu oyuncağını avtobusda unutdu – BAKIDA

21 İyl, 2017
17:07
13313

Qadın qızılla dolu oyuncağını avtobusda unutdu – BAKIDA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda maraqlı hadisə baş verib.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, paytaxt sakini, 1962-ci il təvəllüdlü Vəliyeva Diana Əli qızı polisə müraciət edərək bildirib ki, 4 min manatlıq qızıl-zinət əşyalarını avtobusda unudub.

Şikayətçi bildirib ki, iyulun 20-də “Baku Bus” şirkətinə məxsus 3 saylı marşrut avtobusunda olarkən əlində gəzdirdiyi ayı oyuncağını düşərkən unudub. Həmin oyuncağın içində isə qadının gizlətdiyi təxmini dəyəri 4 min manat olan qızıl əşyalar olub. D.Vəliyeva əlavə edib ki, avtobusu Nəsimi rayonu Mərdanov qardaşları küçəsində tərk edib.

Müraciət əsasında araşdırmalara başlanılıb. 

Qeyd edək ki, “Baku Bus”a məxsus avtobuslarda salona nəzarət etmək üçün kameralar quraşdırılıb.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri