22 
İyl
2017
09:35
235
27
5133
Virtual karabakh

Məktəb direktorları və müavinləri də imtahan verəcək - YENİLİK - VİDEO

22 İyl, 2017
09:35
5133

Məktəb direktorları və müavinləri də imtahan verəcək - YENİLİK - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məktəb direktorları və direktor müavinlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq.

Oxu.Az-ın  Xezerxeber.az-a istinadən məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, məktəb direktorları, direktor müavinləri və Rayon Təhsil Şöbələrinin metodistləri indiyə qədər diaqnostik qiymətləndirilmədə iştirak etmirdilər. Lakin bu ildən onlar da diaqnostik qiymətləndirilmədə iştirak edəcəklər.

Rayon Təhsil Şöbələrinin metodistlərinə dərs saatının verilməsi isə diaqnostik qiymətləndirilmənin nəticəsi və Təhsil Nazirliyinin müvafiq razılığı əsasında mümkün ola bilər.

Bu arada, müəllim olmaq üçün imtahanda iştirak etmək istəyən 50 min nəfərə yaxın insan artıq elektron qeydiyyatdan keçib. Nazirlik rəsmisinin sözlərinə görə, bu, rekord göstəricidir.

Qeyd edək ki, imtahanlar növbəti həftədən başlayaraq avqust ayının ilk ongünlüyünə qədər davam edəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri