22 
İyl
2017
16:52
72
377
30046
Virtual karabakh

Bakıda universitet binasında yanğın – YENİLƏNİB + FOTO

22 İyl, 2017
16:52
30046

Bakıda universitet binasında yanğın – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən yanğınla bağlı məlumat açıqlayıb. 

Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonunda Bakı Biznes və Kooperasiya Kollecinə məxsus, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1800 m2 olan birmərtəbəli idman zalının xarici divarına vurulmuş içərisi penoplast materialdan ibarət olan panel üzlükləri 150 m2 sahədə yanıb.

Yanğın zamanı yaxınlıqda yerləşən Kooperasiya Universitetində olan 9 nəfər (onlardan 4 nəfər nəzarətçi müəllim və 5 abituriyent) tüstüdən zəhərlənmiş halda Təcili Tibbi Yardım Xidməti tərəfindən 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə aparılıb və onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 14:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

14:31

Bakıda Kooperasiya Universitetinin idman zalında baş vermiş yanğın söndürülüb.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib. Həmin şəxslər Toksikologiya Mərkəzinə aparılıb. 

Onlar -  Aidə Seyfullayeva, Tərlan Mirzəyeva, Məlahət Məmmədova, Cəfər Quliyevdir.

13:15

Fövqəladə Hallar Nazirliyi Bakıda universitet binasında baş verən yanğınla bağlı məlumat açıqlayıb.

Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, ilkin məlumata əsasən Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında elektrik naqilləri yanır. 

Hazırda Azərbaycan Kooperasiya Universitetinin əsas binasında qəbul imtahanları gedir. 

Yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur. Yanğın zamanı xəsarət alan olmayıb. 

Əlavə məlumat veriləcək.

12:18

Bakıda Kooperasiya Universitetinin binasında yanğın başlayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, yanğın universitetin Ziya Bünyadov prospekti 30 ünvanında yerləşən binasının idman zalında qeydə alınıb.

Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri