23 
İyl
2017
12:27
246
40
8960
Virtual karabakh

Həftənin ilk iş günü hava sərin keçəcək – PROQNOZ

23 İyl, 2017
12:27
8960

Həftənin ilk iş günü hava sərin keçəcək – PROQNOZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb  küləyi əsəcək. Havanın temperaturunun gecə  21-24° isti, gündüz  30-34° isti, Bakıda gecə  22-24° isti, gündüz  32-34° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan aşağı 753 mm civə sütunundan 758 mm civə sütununa  yüksələcək. Nisbi rütubət  gecə 70-80%,  gündüz  45-55%  olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, iyulun 25-də hava şəraitinin yağmursuz olacağı, lakin axşam və gecə əsasən bəzi şimal və qərb rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə  20-25° isti, gündüz  32-37° isti, dağlarda gecə 15-20° isti, gündüz  23-28° isti olacağı gözlənilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri