23 
İyl
2017
22:35
11
177
4092
Virtual karabakh

Şəmkirdə kütləvi zəhərlənmə olub

23 İyl, 2017
22:35
4092

Şəmkirdə kütləvi zəhərlənmə olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkirdə kütləvi zəhərlənmə olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki,  verdiyi məlumata görə, bu gün təxminən 15 nəfərə yaxın uşaq, qadın və kişi zəhərlənmə əlamətləri ilə rayon infeksion xəstəxanasına və mərkəzi xəstəxanaya yerləşdiriliblər.

Onlardan bir nəfərinin, 1935-ci il təvəllüdlü Raya Əliyevanın vəziyyəti ağır olduğu üçün Gəncədə olan xəstəxanaların birinə aparılıb.

Zəhərlənənlərin yaxınlarının sözlərinə görə, onlar Kür qəsəbəsində, Kür çayının sahilində olan restoranların birində ad günü mərasimində iştirak edib evə qayıtdıqdan sonra zəhərlənmə əlamətləri hiss ediblər. Zəhərlənmənin kababdan baş verdiyi ehtimal edilir. Qeyd edək ki, yaş mərasimində iştirak edənlər rayonun Qapanlı kəndi və Şəmkir şəhər sakinləri olub.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri