23 
İyl
2017
23:00
31
245
21851
Virtual karabakh

Bakıda yeni dələduzlar peyda olub: Diqqətli olun! – VİDEO

23 İyl, 2017
23:00
21851

Bakıda yeni dələduzlar peyda olub: Diqqətli olun! – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yeni dəlduzlar peyda olub.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, onlar elan saytlarına qoyulan bahalı əşyaların sahiblərini aldadırlar.

Belə dələduzların qurbanı gənc fotoqraf Səmral Kərimli olub. Dələduzlar onun 1500 manata satdığı fotoaparatı oğurlayıblar. Gənclərin fotoaparatını oğurlayan şəxsin görüntüsü isə təhlükəsizlik kamerasına düşüb.

Daha sonra binanın həyətində 2 saat gözləyən gənclər aldadıldıqlarını başa düşüb və binanın gözətçisinə yaxınlaşıblar.

Aldadılan gənclər binanın təhlükəsizlik kamerasının görüntüsünə alıb, Nərimanov rayonu 18-ci polis bölməsinə müraciət ediblər. İndi polis gənclərin fotoaparatını oğurlayan şəxsi axtarır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri