24 
İyl
2017
14:23
33
198
16786
Virtual karabakh

Bakıda yaşayış binasında baş verən yanğın söndürüldü – FOTO – VİDEO + YENİLƏNİB

24 İyl, 2017
14:23
16786

Bakıda yaşayış binasında baş verən yanğın söndürüldü – FOTO – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyi Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat açıqlayıb.

Oxu.Az-ın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, paytaxtın Yasamal rayonunda altımərtəbəli yaşayış binasının ümumi sahəsi 240 m2 olan çardağının yanar konstruksiyaları və vətəndaşa məxsus sahəsi 36 m2 olan 1 otaq yanıb.

Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

11:08

Bakının Yasamal rayonunda yaşayış binasında baş verən yanğın nəticəsində binanın dam örtüyü 350-400 kvadratmetr sahədə yanıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov bildirib.

Onun sözlərinə görə, yanğının səbəbləri əlaqədar qurumlar tərəfindən araşdırılacaq və müvafiq qərar veriləcək. Qeyd olunub ki, yanğın zamanı ziyan çəkən sakinlərə müvafiq yardım göstəriləcək.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov  deyib ki, ilkin ehtimala görə, yanğın elektrik naqillərində qısaqapanmadan baş verib.

Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb, sakinlər təxliyə edilib.

10:46

Bakıda yaşayış binasında başlayan yanğının miqyası böyüyür.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, İnşaatçılar prospekti 152-154 ünvanında yerləşən 5 mərtəbəli binada qeydə alınıb.

Binanın damında başlayan yanğının bir neçə mənzilə keçdiyi bildirilir. Sakinlər təxliyə olunub.

Yanğının söndürülməsi üçün 8 yanğınsöndürən maşın cəlb olunub.

Hazırda yanğın davam edir.

09:34

Bakıda yaşayış binasında yanğın başlayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, İnşaatçılar prospekti 152-154 ünvanında qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğının qarşısının alınması üçün tədbirlər görülür.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri