24 
İyl
2017
12:55
13
55
2215
Virtual karabakh

Audit nəticəsində İnformasiya Texnologiyaları İnstitutunda nöqsanlar aşkarlanıb

24 İyl, 2017
12:55
2215

Audit nəticəsində İnformasiya Texnologiyaları İnstitutunda nöqsanlar aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hesablama Palatasının Kollegiyası dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutuna 2015-2016-cı illərdə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı təsdiq edib. Audit nəticəsində qurum tərəfindən bir sıra nöqsanlara yol verildiyi aşkarlanıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Palatadan məlumat verilib.

İnstitut tərəfindən dövlət qurumları və strukturları, müxtəlif idarə, təşkilat, müəssisə və şirkətlər üçün yüksək dizayna və keyfiyyətə malik veb saytlar hazırlanmasına baxmayaraq, AMEA-nın müxtəlif elm bölmələrinin və onun strukturuna daxil olan elmi müəssisə və təşkilatların veb saytlarının yaradılması üçün müxtəlif təşkilatlara vəsait ödənilməklə səmərəsiz xərcə yol verilib. Bundan başqa, 2016-cı ilin aprel-noyabr ayları ərzində alınmış 1 illik lisenziyalı proqram təminatından 43%-i istifadə edilməyib, satınalma müqaviləsində nəzərdə tutulmuş malların markası dəyişdirilməklə alınması hesabına artıq xərcə yol verilib, 2013-2014-cü illərdə alınmış informasiya telekommunikasiya avadanlıqları indiyədək istifadə edilməyərək saxlanılıb.

İnformasiya Texnologiyaları İnstitutunun mühasibatlığı tərəfindən audit olunan dövr ərzində maliyyə hesabatları bəzi hallarda uçotun təşkili və aparılmasına dair təlimatın tələblərinə uyğun tərtib edilməyib, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri illik maliyyə hesabatlarında düzgün əks etdirilməyib.

Audit tədbiri AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu üzrə ümumilikdə 10377,9 min manat məbləğində vəsaiti əhatə edib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri