24 
İyl
2017
14:38
9
468
16999
Virtual karabakh

Novxanıda faciə: İki azyaşlı qardaş boğuldu

24 İyl, 2017
14:38
16999

Novxanıda faciə: İki azyaşlı qardaş boğuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafa sakinləri Xəzər dənizində boğulub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Abşeron rayonunun Novxanı çimərliyində qeydə alınıb.

Ağstafa rayonunun Poylu qəsəbəsindən olan Əliyevlər ailəsi axşam saatlarında dənizə çimməyə gedib. Dənizdə çimərkən ailənin böyük uşaqları - 12 yaşlı Zahid və 9 yaşlı Amil  bir qədər uzaqlaşıb.

Övladlarının yoxluğunu görən ata Aqil Əliyev onları axtarmağa başlayıb.

Məlum olub ki, dalğalı dənizə girən azyaşlılar suda boğulublar.

Onların sudan çıxarılan meyitləri bu gün səhər saatlarında doğulduqları Ağstafa rayon Poylu qəsəbəsinə aparılıb.

Qeyd edək ki, ailə 3 ildir, Novxanı qəsəbəsində kirayədə yaşayır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri