24 
İyl
2017
15:22
9
248
12991
Virtual karabakh

Bakıda ana körpəsini əmizdirərkən öldü

24 İyl, 2017
15:22
12991

Bakıda ana körpəsini əmizdirərkən öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ana körpəsini əmizdirərkən ölüb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində yaşayan 22 yaşlı İbrahimova İlahə Qulu qızı 6 aylıq körpəsini əmizdirərkən yuxuya gedib. Körpənin ağlamasına baxmayaraq, ana oyanmayıb. Ananın körpəni süd ilə qidalandırarkən öldüyü məlum olub.

Ananın ölümünün dəqiq səbəbləri araşdırılır. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri